Home / Biz kimik? Rəqəmsalda rolumuz nədir?

Biz kimik? Rəqəmsalda rolumuz nədir?

Vibe – yaradıcı düşüncəni strategiya ilə birləşdirən kreativ və peşəkar mütəxəssislərdən ibarət agentlikdir.
Biz markalara sadəcə vizual kimlik qazandırmırıq. Onları danışdırır, hiss etdirir, real satıcıya çeviririk.

Fəaliyyətimizin mərkəzində insanın emosiyalarını anlamaq dayanır. Müştərilərimizi dinləyir, ehtiyaclarını analiz edir və onlara uyğun unikal həllər hazırlayırıq. Bizim üçün hər brend fərqlidir və bu fərqliliyi ortaya çıxarmaq əsas məqsədimizdir.

Komandamız dizayn, məzmun, marketinq və analitika sahələrində ixtisaslaşmış insanlardan ibarətdir. Lakin ən böyük gücümüz – birlikdə düşünmək və yaratmaq bacarığımızdır.

Rəqəmsalda rolumuz

Rəqəmsal mühit sürətlə dəyişir. Biz isə bu dəyişimin içində markalara doğru mövqe qazandırırıq. Məqsədimiz yalnız görünmək deyil — dəyərlə görünməkdir.

Axtarış sistemlərində önə çıxmaq, sosial mediada əlaqə qurmaq, brendin səsini düzgün çatdırmaq – biz bu sahələrdə sistemli və yaradıcı şəkildə çalışırıq.

Hər bir xidmətimiz bir məqsədə dayanır: brendin tanınması və güvən qazanması.

Vibe, sadəcə bir agentlik deyil. O, brendinizin enerjisi və ifadəsidir.
 Rəqəmsal dünyada sizi fərqləndirmək və tanıtmaq üçün buradayıq.

Əgər siz də görünmək, seçilmək və yadda qalmaq istəyirsinizsə — bizə müraciət edin.

This site uses cookies to offer you a
better browsing experience.