Brendinq – bir insanın sizi görmədən belə tanıması, hiss etməsi və seçməsidir. Bu, loqodan çox, kimlik məsələsidir. Vibe olaraq brendinizi sıfırdan formalaşdırır, onun vizual, emosional və strateji konturlarını çəkirik.
Prosesə brend strategiyasının qurulması ilə başlayırıq: dəyərləriniz, məqsədiniz, auditoriyanız və mövqeyiniz. Ardınca bu strategiyanı loqo, rəng palitrası, tipografiya, yazı dili və səs tonu kimi vizual və verbal elementlərə çeviririk. Hər şey bir sistem daxilində işləyir – sosial mediadan ofis kağızınıza qədər hər toxunma nöqtəsində brendiniz eyni dili danışır.
Brend kitabçası (brandbook) ilə birlikdə sizə yalnız estetik bir görünüş deyil, davamlı və dayanıqlı bir sistem təqdim edirik. İnsanlar brendləri unuda bilər, amma onlara necə hiss etdirdiyinizi unutmurlar. Biz də elə o hissi yaradırıq.