Ənənəvi marketinq yolları çox vaxt baha və vaxt aparıcı olur. Lakin bu, sürətli nəticə almağın mümkün olmadığı anlamına gəlmir. Growth Hacking — minimal resursla maksimal nəticə əldə etmək üçün yaradılmış xüsusi bir metoddur. Bu, həm taktiki, həm də eksperimental marketinq yanaşmalarının qarışığıdır.
Vibe komandası olaraq sizin üçün ölçülə bilən, tez test edilə bilən və çevik strategiyalar hazırlayırıq. Bu, istər satış funneli qurmaq, istər konversiya optimizasiyası, istərsə də istifadəçi cəlbi kampaniyaları şəklində ola bilər. Data əsaslı qərarlar, istifadəçi davranışının analizi, psixoloji trigger-lər və istifadəçi səyahətinin optimallaşdırılması – hamısı sizin brendin daha çox insanla daha sürətli və effektiv şəkildə qarşılaşması üçündür.
Growth Hacking sizi kiçik büdcə ilə böyük nəticəyə aparan ağıllı yoldur. Əgər həm sürətli, həm də ağıllı böyümək istəyirsinizsə, doğru yerdəsiniz.