HAQQIMIZDA
- BİZ KİMİK
Haqqımızda
- BİZ KİMİK
Vibe – Brendlərin səsinə çevrilən güc.
Vibe, markaların sadəcə görünməsi üçün yox, tanınması, fərqlənməsi və sevilməsi üçün çalışan kreativ və strateji marketinq agentliyidir.
Bizim üçün marketinq rəqəmlərlə ölçülən kampaniyalardan daha böyük bir şeydir – o, brendlə insan arasında emosional bağ yaradan bir sənətdir.
Yaradıcılığı strateji baxışla birləşdirən komandamız, hər bir layihəyə fərdi yanaşır və brendin ruhunu dərindən anlayaraq uzunmüddətli dəyər yaradır.
Biz işimizi “reklam ver – nəticə gözlə” yanaşması ilə yox, “bağ qur – əlaqə yarat – nəticəni qur” prinsipi ilə qururuq.
Brendin haradan gəldiyini, hara getmək istədiyini və bu yolda kimlərlə əlaqə yaratmaq istədiyini anlayırıq.
Bu yanaşma bizi sadəcə bir agentlik deyil, müştərilərimiz üçün düşünən, hiss edən, bəzən onların özündən daha çox inanan bir komanda edir.
Startapdan tutmuş böyük korporativ struktura qədər – hər bir brendin öz ritmi, tonu və enerjisi var. Biz onu tapır və danışdırırıq.
Biz inanırıq ki, hər brendin bir hekayəsi var. Sadəcə onu eşidiləcək və seviləcək hala gətirmək lazımdır.
Bizim missiyamız – markaları görünən, eşidilən və yadda qalan etməklə yanaşı, onları auditoriyasının həyatında dəyərli hala gətirməkdir.
Çünki biz inandırıcı hekayələrə, strateji düşüncəyə əsaslanan brendlərin uzunömürlü olduğuna inanırıq.
Vibe – sadəcə agentlik deyil. Bu, brendlərin öz səsini tapdığı yerdir.
Awards & Recognitions
August, 2022
October, 2021
March, 2020
November, 2019
September, 2018
Bizimlə əlaqə saxlayın
Sizə ən qısa zamanda geri dönüş edəcəyik!
- Leopold və Mstislav Rostoropoviçlər küçəsi 12
- 6823 Ethel Ave, North Hollywood,
- New York, 91605